Burada sizin reklamınız ola bilər

Güləşçimiz dünya çempionu oldu
07 Noyabr 2021 , 11:33

Güləşçimiz dünya çempionu oldu


Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
 

Primetime.az xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilərin mübarizəsinə start verilib.
 

Əliabbas Rzazadə debütdə Almaniya təmsilçisinə qalib gəlib. Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. 1/4 finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib.
 

Hindistan idmançısıyla olduqca gərgin mübarizə şəraitində keçən görüşdə isə xalların keyfiyyəti Əliabbası finala daşıyıb. Həlledici görüşdə Qırğızıstan güləşçisiylə üz-üzə gələn həmyerlimiz ağır mübarizədən qalib ayrılmaqla dünya çempionu olub.

SİZƏ MARAQLI OLA BİLƏR