Burada sizin reklamınız ola bilər

Azərbaycan - Qətər matçının hakimləri bəlli oldu
11 Noyabr 2021 , 14:36

Azərbaycan - Qətər matçının hakimləri bəlli oldu


Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.
 

Primetime.az xəbər verir ki, qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.
 

Qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Ona yan xətt hakimləri Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.
 

Dördüncü hakim funksiyasını azərbaycanlı FİFA referisi Elçin Məsiyev yerinə yetirəcək.
 

Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçına saat 21:00-da start veriləcək.

SİZƏ MARAQLI OLA BİLƏR