Burada sizin reklamınız ola bilər

Niderlandda Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib
14 Noyabr 2021 , 11:57

Niderlandda Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib


Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

 

Bu barədə Primetime.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

 

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

 

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

SİZƏ MARAQLI OLA BİLƏR