Burada sizin reklamınız ola bilər

Ərdoğan İrana gedir
15 Noyabr 2021 , 15:17

Ərdoğan İrana gedir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyi gözlənilir.
 

Primetime.az-ın xəbərinə görə, bu barədə məlumatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında verib.
 

Abdullahianın sözlərinə görə, İran və Türkiyə arasında əməkdaşlıq üçün uzunmüddətli yol xəritəsi yaradılacaq.
 

“Ümid edirik ki, uzunmüddətli əməkdaşlıq barədə sənəd cənab Ərdoğanın gələcəkdə Tehrana edəcəyi səfər zamanı iki ölkə Prezidentlərinin iştirakı ilə imzalanacaq”, - deyə İranın XİN rəhbəri əlavə edib.

SİZƏ MARAQLI OLA BİLƏR