Burada sizin reklamınız ola bilər

Əməkdar artist Məcnun Hacıbəyov COVID-19-dan vəfat etdi
16 Noyabr 2021 , 12:01

Əməkdar artist Məcnun Hacıbəyov COVID-19-dan vəfat etdi


Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

 

Primetime.az xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib. Bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

 

O bildirib ki, aktyor koronavirusdan vəfat edib.

 

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci il, oktyabrın 5-də dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

 

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

 

Allah rəhmət eləsin!

SİZƏ MARAQLI OLA BİLƏR