Burada sizin reklamınız ola bilər

Ermənistan itkilərlə bağlı yeni say açıqladı
19 Noyabr 2021 , 11:33

Ermənistan itkilərlə bağlı yeni say açıqladı


Ermənistan tərəfi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlayıb.
 

Primetime.az Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sərhəddəki döyüşlər zamanı 6 erməni hərbçi ölüb.  
 

Nazirliyin məlumatına görə, ölənlər baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryandır.
 

Daha bir hərbçinin kimliyi hələ müəyyənləşdirilir.
 

Nazirliyin bu günə olan məlumatına görə, sərhəddə nisbi sakitlik müşahidə olunur.

SİZƏ MARAQLI OLA BİLƏR