Burada sizin reklamınız ola bilər

Göyçayda polis xidməti maşınla velosipedçini vurdu
21 Noyabr 2021 , 10:36

Göyçayda polis xidməti maşınla velosipedçini vurdu


Göyçay rayonunda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vurub.
 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə dünən, noyabrın 20-si gecə saat 22 radələrində baş verib.
 

Göyçay RPŞ-in əməkdaşı, polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.
 

Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də, həmin şəxs hadisə yerində vəfat edib.
 

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR