Burada sizin reklamınız ola bilər

Putin Paşinyanla Qarabağı müzakirə edib
21 Noyabr 2021 , 13:52

Putin Paşinyanla Qarabağı müzakirə edib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
 

Primetime.az report-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
 

“2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.
 

Qeyd edək ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.

SİZƏ MARAQLI OLA BİLƏR