Burada sizin reklamınız ola bilər

Bayden yenidən prezident olmaq istəyir
21 Noyabr 2021 , 15:42

Bayden yenidən prezident olmaq istəyir


ABŞ Prezidenti Co Bayden seçicilərin yalnız 38%-nin dəstəyinə baxmayaraq, 2024-cü ildə ikinci müddətə namizəd olmağa hazırlaşır.
 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, noyabr ayında USA Today və Suffolk Universitetinin keçirdiyi sorğu göstərdi ki, seçicilərin yalnız 38%-i hazırkı dövlət başçısının fəaliyyətini dəstəkləyir, əksəriyyəti isə onun növbəti seçkilərdə iştirakının əleyhinədir. Bayden özü isə sçekilərdə iştirak etmək istəyir. 2024-cü ildə onun 82 yaşı tamam olacaq. Bir çox müşahidəçilər isə demokratların seçiminin 57 yaşlı Kamala Harris olacağına inanırlar.

 

Eyni zamanda, Demokratlar Partiyası Baydenin yaşını, inflyasiya və koronavirus pandemiyası ilə bağlı seçicilərin narahatlıqlarını nəzərə alaraq Co Baydenin yenidən namizədliyini irəli sürməsinin düzgün qərar olacağına şübhə edir.

SİZƏ MARAQLI OLA BİLƏR