Burada sizin reklamınız ola bilər

Azərbaycan nefti ucuzlaşıb
22 Noyabr 2021 , 10:24

Azərbaycan nefti ucuzlaşıb


Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 82,62 ABŞ dolları təşkil edib.
 

Primetime.az-ın məlumatına görə, ötən həftə ərzində neftin bir barelinin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,75 ABŞ dolları qədər və ya 3,22 faiz azalıb.
 

Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 16 noyabr tarixində qeydə alınıb və 83,90 ABŞ dollarına bərabər olub.
 

Eləcə də, Azərbaycan neftinin qiymətinin ən aşağı həddi 19 noyabr tarixində qeydə alınıb və 80,39 ABŞ dolları təşkil edib.
 

Xatırladaq ki, 8-12 noyabr tarixlərini əhatə edən müddət ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 85,37 ABŞ dollarına bərabər olub.

SİZƏ MARAQLI OLA BİLƏR