Burada sizin reklamınız ola bilər

Şabranda 55 yaşlı kişi itkin düşdü
22 Noyabr 2021 , 15:33

Şabranda 55 yaşlı kişi itkin düşdü - FOTO


Şabran rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, G.Əskərov 155 santimetr boylu, arıq bədən quruluşlu və psixi problemlidir.
 

Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.
 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-70-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

SİZƏ MARAQLI OLA BİLƏR