Burada sizin reklamınız ola bilər

“Siz kişiləri sevərsiz, mən yox”
22 Noyabr 2021 , 16:37

“Siz kişiləri sevərsiz, mən yox” - aktrisa və vakil arasında dava


Əməkdar artist Nahidə Orucova qonaq olduğu “Elgizlə izlə” verilişində vəkil Şəfiqə Nağıyeva ilə  qalmaqal yaşayıb.

 

Primetime.az xəbər verir ki,  buna səbəb aktrisanın Nağıyevanın ünvanına “Mən bilirəm ki, məni sevmir. Biz dəfələrlə verilişlərdə görüşmüşük, ekspert olmuşuq. O zaman da hörmətsizlik etməmişəm. Həmişə "gözüm üstə yeriniz var" demişəm. Lakin biz aktyoruq, insanların necə hiss etdiklərini anlayırıq. Şəfiqə xanımın məndən xoşunun gəlmədiyini düşünürəm. Bilmirəm, o mənim sifətimdə nə görüb ki, sevmir?”-  sualını ünvanlayıb. 

 

Ş. Nağıyeva isə Orucovaya “Nahidə xanım, zorla qəlbimə girə bilərsiniz?! Mən sizi sevmirəm. Səbəbini demirəm”, -deyə cavab verib.

 

Bu zaman aparıcı Elgiz Əkbər “Şəfiqə xanımın aktyor Rəhman Rəhmanov üçün ürəyi gedir” deyərək məsələyə münasibət bildirib.

 

Aktrisanın “O kişidir də, ona görə sevir”, sözləri vəkili qəzəbləndiirb:

 

“Siz çox pis nazik simə vurdunuz. Siz kişiləri sevərsiz, mən yox. Ona görə də sizi sevmirəm. Danışıq tərzini bilmək lazımdır. Danışmazdan əvvəl düşünmək gərəkdir. Rəhman müəllim mənim qardaşım kimidir. Belə demək lazım deyil. Mən Elgizi də çox istəyirəm. Bu o demək deyil ki, kişidir deyə sevirəm”.

 

N. Orucova isə onun hər zaman sözü ağzından çıxarıb danışdığını, hörmət edilən insan olduğunu deyib.

 

SİZƏ MARAQLI OLA BİLƏR