Burada sizin reklamınız ola bilər

Qaxda 64 yaşlı kişi intihar edib
23 Noyabr 2021 , 11:03

Qaxda 64 yaşlı kişi intihar edib


Noyabrın 22-si axşam saatlarında Qax rayonunun Lələli kəndində intihar hadisəsi baş verib.
 

Primetime.az APA-ya istinadən xəbər verir ki, kənd sakini 1957-ci il təvəllüdlü Zal Aslan oğlu Həmzəyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin arxa hissəsindəki bağda ağacdan asılı vəziyyətdə aşkar edilib.
 

Z.Həmzəyevin intihar etdiyi məlum olub.
 

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR