Burada sizin reklamınız ola bilər

Brilliant Dadaşova ağladı:
23 Noyabr 2021 , 12:42

Brilliant Dadaşova ağladı: "İndi o, mənim qəhrəmanımdır"


Xalq artisti Brilliant Dadaşova tədbirlərin birində qazilərlə bir araya gəlib.

 

Primetime.az xəbər verir ki, müğənni Vətən müharibəsi iştirakçıları onunla şəkil çəkdirən zaman göz yaşlarını saxlaya bilməyib. O, həmin hərbçilərdən biri ilə bağlı xatirəsini də bölüşüb:

 

"Qazilərimizdən biri mənə danışdı ki, Mingəçevirdə mənim solo konsertimdə olub. Onun 8-9 yaşı var imiş. Qaça-qaça gəlib dəyib mənə. Bilmirəm yıxılmışam, yoxsa divara dəydim. Bu bir təsadüfdür, yoxsa zərurət... Bu gün o bir qəhrəmandır. Onun qarşısında çıxış edirəm, baş əyirəm. Allah sizi var etsin".

 

Dadaşova daha sonra Tural adlı hərbçi ilə fotosunu yayımlayıb və "Mən onun qəhrəmanı idim. İndi o, mənim qəhrəmanımdır" şərhini yazıb.

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR