Burada sizin reklamınız ola bilər

“1033” gecə klubunun rəhbəri həbs edildi -
23 Noyabr 2021 , 17:50

“1033” gecə klubunun rəhbəri həbs edildi - Video


Daxili İşlər Nazirliyi paytaxtın Yasamal rayonunda yerləşən “1033” gecə klubunda keçirilən tədbirlə bağlı açıqlama yayıb.
 

DİN Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, gecə klubuna gələn şəxslərin “Covid” pasportunun yoxlanılmadığı, masalararası məsafənin gözlənilmədiyi, müştərilərə qəlyan təklif edildiyi və bu kimi digər karantin qaydalarının kobud şəkildə pozulduğu  müəyyən olunub. Tədbir nəticəsində gecə klubunun rəhbəri, əvvəllər məhklum olunmuş Mehdi Abbasov və orada işləyən xidməti personal saxlanılıblar. 
 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “1033” gecə klubunun rəhbəri Mehdi Abbasov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

SİZƏ MARAQLI OLA BİLƏR