Burada sizin reklamınız ola bilər

Bakı sakini gənc qızı fotosu ilə şantaj etdi
24 Noyabr 2021 , 12:48

Bakı sakini gənc qızı fotosu ilə şantaj etdi - FOTO


Qadını şantaj edərək pul tələb edən şəxs saxlanılıb.
 

Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən 26 yaşlı qadın sosial şəbəkələrdə tanış olduğu Fərhad adlı şəxsin onun fotolarını virtual məkanda paylaşacağı ilə hədələyib pul tələb etməsini bildirib.
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 25 yaşlı Fərhad Kazımov şəhər ərazisində saxlanılaraq istintaqa təqdim olunub.
 

Araşdırmalar zamanı məlum olub ki, F.Kazımov tanış olduğu qadından müxtəlif vaxtlarda barəsində rüsvayedici məlumatlar paylaşacağı hədəsi ilə 635 manat pul alıb.
 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

SİZƏ MARAQLI OLA BİLƏR