Burada sizin reklamınız ola bilər

Faktiki hava: Azərbaycana qar yağdı
25 Noyabr 2021 , 10:33

Faktiki hava: Azərbaycana qar yağdı


Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
 

Düşən yağıntının miqdarı Astarada 27, Lənkəranda 22, Qəbələdə 17, Göygöldə 9, Daşkəsəndə 8, Gədəbəy, Gəncədə 7, Mingəçevir, İsmayıllı, Oğuzda 6, Quba, Lerik, Qusarda 5, Ləzə, Yardımlı, Şəmkirdə 4, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altıağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkidə 1.0 mm-dək olub.
 

Qar örtüyünün hündürlüyü Xınalıq, Daşkəsəndə 5, Qrızda 4, Göygöl, Altıağacda 2, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

SİZƏ MARAQLI OLA BİLƏR