Burada sizin reklamınız ola bilər

Tələbə krediti hansı müddətə verilir?
25 Noyabr 2021 , 13:50

Tələbə krediti hansı müddətə verilir?


TTK-nın (təhsil tələbə krediti) hansı müddətə verildiyi açıqlanıb.
 

Primetime.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib. 
 

O bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır:
 

“Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər. TTK verilən zaman girov və zəmanət tələb olunmur”.
 

“Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa məhkəmə ilə geri alınacaq”, - deyə o qeyd edib.
 

Xatırladaq ki, bu gündən TTK-nin verilməsi üzrə müraciətlərə başlanılıb.

SİZƏ MARAQLI OLA BİLƏR