Burada sizin reklamınız ola bilər

Daha iki məktəbdə əyani dərslər bərpa olundu
25 Noyabr 2021 , 15:38

Daha iki məktəbdə əyani dərslər bərpa olundu


Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

 

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır,  mütəmadi olaraq monitorinqlər aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR