Burada sizin reklamınız ola bilər

Bərdədə faciə:
25 Noyabr 2021 , 14:57

Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü


Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.
 

Primetime.az-ın məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib. 
 

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR