Burada sizin reklamınız ola bilər

Bakıda 15 məktəbdə istilik yoxdur
25 Noyabr 2021 , 16:53

Bakıda 15 məktəbdə istilik yoxdur - RƏSMİ


Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.
 

Primetime.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.
 

O bildirib ki, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur:
 

“Məktəblərdə istilik problemlərinin həlli istiqamətində mütəmadi tədbirlər görülür. Bir müddət əvvəl istiliklə bağlı çox şikayət olurdusa, artıq onlar yavaş-yavaş azalıb”.
 

M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib:
 

“Problemlər müəyyən səbəblərdən yaranır, lakin onların həlli istiqamətində də mütəmadi addımlar atılır”.

SİZƏ MARAQLI OLA BİLƏR