Burada sizin reklamınız ola bilər

Tovuzda bıçaqlanma oldu, çay evinin sahibi öldü
08 Dekabr 2021 , 15:34

Tovuzda bıçaqlanma oldu, çay evinin sahibi öldü


Tovuzda bıçaqlanma hadisəsi olub.
 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində çay evlərinin birinin qarşısında baş verib.
 

Kənd sakini Maksim Mehdiyev mübahisə zəminində çay evinin sahibi, 1964-cü il təvəllüdlü Ənvər Əlrzayevi və onun qardaşı Fərman Əlrzayevi bıçaqlayıb.

 

Yaralılar xəstəxanaya çatdırılsa da, Ə.Əlrzayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən M.Mehdiyev saxlanılıb. 
 

Faktla bağlı araşdırma aparılır. 

SİZƏ MARAQLI OLA BİLƏR