Burada sizin reklamınız ola bilər

Azərbaycanda 28 yaşlı oğlan iş yerində faciəli şəkildə öldü
17 Dekabr 2021 , 10:27

Azərbaycanda 28 yaşlı oğlan iş yerində faciəli şəkildə öldü - FOTO


Dekabrın 16-sı saat 11 radələrində paytaxtın “İndigo” MMC-yə məxsus mətbəənin operatoru 1993-cü il təvəllüdlü Xəyyam Təhməzov iş yerində ölüb.
 

Prokurorluqdan Primetime.az-a verilən məlumata görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə baş verib.
 

X.Təhməzov kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. Bu zaman qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 

Hazırda iş üzrə istintaq davam etdirilir.

SİZƏ MARAQLI OLA BİLƏR