Burada sizin reklamınız ola bilər

Masallıda duman ağır qəzaya səbəb oldu
18 Dekabr 2021 , 10:15

Masallıda duman ağır qəzaya səbəb oldu - Səkkiz yaralı


Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Primetime.az Report-a istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində baş verib.


İlkin məlumata görə, minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə azı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Onlardan dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, dördü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR