Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.
Primetime.az məlumatına görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Səfərova Xuraman Dəyanət qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
O, təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona dəm qazından kəskin zəhərlənmə diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.