Burada sizin reklamınız ola bilər

Bakıda son 11 ayda 122 piyada qəzalarda ölüb
20 Dekabr 2021 , 11:40

Bakıda son 11 ayda 122 piyada qəzalarda ölüb


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ötən 11 ayda baş verən qəzaların statistikasını açıqlayıb.
 

İdarənin baş inspektoru Araz Əsgərli  Primetime.az-a bildirib ki, qəzalar əsasən sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığı ucbatından baş verir: “Xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər, mopedlərlə kuryer fəaliyyəti göstərənlərdən xahiş edirik ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünsünlər.
 

Son 11 ayın statistikasına görə, paytaxt ərazisində baş verən 458 hadisədə 191 nəfər ölüb, 365 nəfər xəsarət alıb. Ümumi hadisələrin 268-i isə piyada vurma olub. Nəticədə onlardan da 122 nəfəri ölüb, 152 nəfər isə yaralanıb”.

SİZƏ MARAQLI OLA BİLƏR