Burada sizin reklamınız ola bilər

İtkin düşən 13 yaşlı qızı əmisinin qaçırdığı məlum oldu
21 Dekabr 2021 , 15:42

İtkin düşən 13 yaşlı qızı əmisinin qaçırdığı məlum oldu


Yevlaxda qardaşının 13 yaşlı qızını qaçırıb zorlayan şəxs həbs edilib.
 

Primetime.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar müvafiq tədbirlərə başlanılıb.
 

Araşdırmalarla E.Mustafayevin qardaşı qızını Bakıya apardığı müəyyənləşdirilib. Onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.
 

Məlum olub ki, əmisi qızı qaçırdığı müddətdə ona qarşı seksual xarakterli hərəkətlər edib.
 

Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3 (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
 

Qeyd edək ki, N.M. 2008-ci il təvəllüdlüdür. E.Mustafayevin yaşı isə 40-dan çoxdur.

SİZƏ MARAQLI OLA BİLƏR