Burada sizin reklamınız ola bilər

Emin Alyona və qızını klipinə çəkdi
24 Dekabr 2021 , 13:04

Emin Alyona və qızını klipinə çəkdi - KLİP + FOTO


Xalq artisti Emin Ağalarov "31.12" adlı yeni klipini təqdim edib.

 

Primetime.az xəbər verir ki, mahnının musiqisi və sözləri Konstantin Nonikova məxsusdur. Klipin rejissoru isə Katya Yakdır. Müğənni ilk dəfə klipinə ailəsini çəkib. Belə ki, ekran işində Eminin bir müddət əvvəl ayrıldığını bəyan etdiyi həyat yoldaşı Alyona Qavrilova və qızı Afina rol alıb.

 

Emin yeni işi ilə bağlı "Yeni ildə hər kəsə xoşbəxtlik, harmoniya və sevgi arzulayıram. Qoy bu video hər bir izləyicidə ən isti və sevincli emosiyalar oyatsın", - sözlərini bildirib.

 

Qeyd edək ki, rus mediası Eminlə Alyonanın barışdığı haqda dəfələrlə xəbər yazsa da, cütlük bunla bağlı heç bir açıqlama verməyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR