Burada sizin reklamınız ola bilər

Seyran İsmayılxanov dünya ulduzlarının yolu ilə getdi
28 Dekabr 2021 , 13:55

Seyran İsmayılxanov dünya ulduzlarının yolu ilə getdi


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov "Spirit of Caucasus" (Qafqazın ruhu) adlı onlayn konsert verib.

 

Primetime.az xəbər verir ki, o, ilk dəfədir ki, dünya ulduzlarından sonra bu formatda tamaşaçıların qarşısına çıxdığını vurğulayıb:

 

"Bir ildən sonra səhnəyə çıxdım, çox darıxmışdım. Amma bu dəfə fərqli oldu. Həyatımda ilk dəfə onlayn konsert verdim, ifalarımı sevənlərimi ilə bölüşdüm. Artıq hər kəs, hansı ölkədə yaşamasından aslı olmayaraq, onlayn şəkildə müvafiq keçidə daxil olmaqla, konserti izləyə bilər".

 

Qeyd edək ki, Seyran İsmayılxanov "stream onlayn" konsertində alman dilində moderasiya olunan 22 Azərbaycan xalq mahnıları ilə çıxış edib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib.

SİZƏ MARAQLI OLA BİLƏR