Burada sizin reklamınız ola bilər

Mahir Emrelinin komandasının rəqibləri bəlli oldu
04 Yanvar 2022 , 13:22

Mahir Emrelinin komandasının rəqibləri bəlli oldu


Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri məlum olub

 

Primetime.az xəbər verir ki, Varşava təmsilçisi yanvarın 12-də “Bazel” (İsveçrə), 15-də “Lokomotiv” (Plovdiv, Bolqarıstan), 19-da isə “Krasnodar” (Rusiya) ilə qarşılaşacaq.

 

“Legiya”nın BƏƏ-dəki toplanışına yanvarın 22-də yekun vurulacaq. Komanda bundan sonra Polşada daha iki yoxlama oyunu keçirəcək. “Legiya”nın rəqibləri “Tıxı” (28 yanvar) və “Radomyak” (29 yanvar) olacaq.

SİZƏ MARAQLI OLA BİLƏR