Burada sizin reklamınız ola bilər

Bakıda 2 evdə yanğın olub, xəsarət alan var
06 Yanvar 2022 , 15:48

Bakıda 2 evdə yanğın olub, xəsarət alan var


Bakıda iki evdə yanğın olub, xəsarət alan var.
 

Bu barədə Primetime.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb.
 

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 1 m² sahədə qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.
 

Daha sonra yanğın söndürülüb.

SİZƏ MARAQLI OLA BİLƏR