Burada sizin reklamınız ola bilər

Azərbaycanda DƏHŞƏT:
07 Yanvar 2022 , 11:37

Azərbaycanda DƏHŞƏT: Evdən üç kişinin meyiti tapıldı


Abşeron rayonunda dəhşətli hadisə baş verib.
 

Primetime.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb.
 

Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.
 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR