Burada sizin reklamınız ola bilər

Qazaxıstanda matəm elan olundu
08 Yanvar 2022 , 12:36

Qazaxıstanda matəm elan olundu


Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.

 

Primetime.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

 

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-də respublikanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinlərinin maye qazın qiymətinin aşağı salınmasını tələb etməsindən sonra başlayan kütləvi etiraz aksiyaları davam edir.

 

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, küçə iğtişaşları zamanı onlarla ölən, yüzlərlə xəsarət alan var. 4,2 mindən çox insan saxlanılıb, onların arasında xarici vətəndaşlar da var.

SİZƏ MARAQLI OLA BİLƏR