Burada sizin reklamınız ola bilər

AzTV-də polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəşlə öldü
08 Yanvar 2022 , 15:33

AzTV-də polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəşlə öldü


Bu gün Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

 

Primetime.az xəbər verir ki, hadisə günorta saatlarında AzTV-də qeydə alınıb.

 

Belə ki, telekanalın Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya faktı təsdiqləyib.

 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR