Burada sizin reklamınız ola bilər

Bərdədə narkotik satan şəxs saxlanılıb
09 Yanvar 2022 , 12:48

Bərdədə narkotik satan şəxs saxlanılıb


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
 

Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvəllər məhkum edilmiş Elçin Əliyev saxlanılıb.
 

E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırdığı marixuana aşkar edilərək götürülüb.
 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR