Burada sizin reklamınız ola bilər

Qazaxıstanda general intihar etdi
10 Yanvar 2022 , 11:20

Qazaxıstanda general intihar etdi


Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.

 

Primetime.az xəbər verir ki, bu barədə məlumatı “BaigeNews.kz” yayıb. Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib. Hazırda hadisənin detalları araşdırılır.

 

“Kozachkov offside” teleqram kanalının məlumatına görə, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb.

 

60 yaşlı general 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi. Süleymanov 2020-ci ilin fevralından etibarən Cambul vilayətinin Polis Departamentinin rəisi vəzifəsini icra edib.

 

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən başlayan etiraz aksiyaları daha sonradan bütün ölkə ərazisində iğtişaşlara çevrilib. Bu hadisələr çərçivəsində bir neçə vəzifəli şəxs istefaya göndərilib.

SİZƏ MARAQLI OLA BİLƏR