Burada sizin reklamınız ola bilər

Bakıda 16, Gəncədə 14 yaşlı oğlan itkin düşüb
10 Yanvar 2022 , 12:13

Bakıda 16, Gəncədə 14 yaşlı oğlan itkin düşüb


Bakı və Gəncədə yeniyetmələr itkin düşüb.
 

Primetime.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.
 

Bundan başqa, Gəncə şəhəri Nizami rayon ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.
 

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
 

SİZƏ MARAQLI OLA BİLƏR