Burada sizin reklamınız ola bilər

BMT Suğra Bağırzadəni medalla təltif etdi
12 Yanvar 2022 , 11:50

BMT Suğra Bağırzadəni medalla təltif etdi - FOTOLAR


Aktrisa və rəssam, Əməkdar artist Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə “Leonardo Da Vinci” medalı ilə təltif olunub.

 

Primetime.az xəbər verir ki, bu haqda “Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lətif Lətifsoy məlumat yayıb.

 

Qeyd edək ki, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı olan S.Bağırzadə bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə “Tərəqqi” medalı və bir çox beynəlxalq mükafatlarla təltif olunub.

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR