Burada sizin reklamınız ola bilər

Şamaxıda ər arvadını uşaqlarının gözü qarşısında öldürübmüş
13 Yanvar 2022 , 16:21

Şamaxıda ər arvadını uşaqlarının gözü qarşısında öldürübmüş


Şamaxıda ər arvadını uşaqlarının gözü qarşısında döyərək öldürübmüş.  
 

Bu barədə Primetime.az-a rayon prokurorluğundan məlumat verilib.
 

Bildirilib ki, 2021-ci il oktyabrın 1-də rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
 

İstintaqla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Ş.Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ş.Cəfərova CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
 

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

SİZƏ MARAQLI OLA BİLƏR