Goranboyda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Primetime.az report-a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Rəhmanova Mədinə Samir qızını yolu keçərkən vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alı sümüyünün sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.