Burada sizin reklamınız ola bilər

Polis əməkdaşı ağır qəzaya düşüb öldü
16 Yanvar 2022 , 11:33

Polis əməkdaşı ağır qəzaya düşüb öldü - FOTOLAR


Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
 

Primetime.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.
 

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşın toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.
 

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

 



SİZƏ MARAQLI OLA BİLƏR