Burada sizin reklamınız ola bilər

Qanunsuz ov edən şəxslər saxlanıldı
16 Yanvar 2022 , 11:55

Qanunsuz ov edən şəxslər saxlanıldı


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Evoğlu kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Primetime.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Bərdə rayon sakinləri Baloğlan Həsənov və Mayis Babaşov saxlanılıblar. Həmin şəxslərdən 2 ov tüfəngi, patronlar və ovladıqları çöl heyvanları aşkar edilib.
 

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR