Burada sizin reklamınız ola bilər

Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
17 Yanvar 2022 , 16:21

Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb


Tərtərdə mağaza, Şabranda isə quşçuluq sexi yanıb.
 

Bu barədə Primetime.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, şəhərdə ümumi sahəsi 100 m² olan birmərtəbəli mağazanın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları 60 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Şabran şəhərində isə ümumi sahəsi 1650 m² olan birmərtəbəli quşçuluq sexinin içərisində yerə səpilən taxta yonqarı 450 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SİZƏ MARAQLI OLA BİLƏR