Burada sizin reklamınız ola bilər

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət
19 Yanvar 2022 , 16:50

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 097 vaksin vurulub.
 

Primetime.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
 

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, “buster” doza üzrə isə 22 398 vaksin vurulub.
 

Vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə 4 720 935 nəfər təşkil edir. Ümumilikdə isə 1 802 727 “buster” doza vurulub.

 

SİZƏ MARAQLI OLA BİLƏR