Xəzər rayonunda vətəndaşa məxsus torpaq sahəsinin dəmir darvazası oğurlanıb.
Bu barədə Primetime.az-a zərərçəkmiş tərəfindən məlumat verilib.
Vətəndaş bildirir ki, hadisə ötən gün gecə saatlarında olub:
“Türkan qəsəbəsi üzümçülük sovxozu bağlarında mənə məxsus torpaq sahəsindən dəmir darvaza oğurlanıb. Ərazidə sonuncu dəfə bazar günü olmuşam. O zaman hər şey qaydasında idi. Məsələ ilə bağlı ərazi üzrə polis idarəsinə şikayət ərizəsi yazmışam”.