Burada sizin reklamınız ola bilər

Biləsuvarda QƏZA:
28 Yanvar 2022 , 13:50

Biləsuvarda QƏZA: Avtomobil iki məktəblini vurdu


Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
 

Primetime.az-ın məlumatına görə, hadisə rayonun Əsgərabad kəndində baş verib.
 

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və onun həmyaşıdı Qəhrəmanov Coşqun Ələddin oğlunu VAZ-2107 markalı minik avtomobili vurub.
 

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.
 

Faktla bağlı araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR