Burada sizin reklamınız ola bilər

Şəhidin adına cərimə protokolu göndərilməsi xəbərinə
29 Yanvar 2022 , 10:02

Şəhidin adına cərimə protokolu göndərilməsi xəbərinə - Rəsmi reaksiya


Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına cərimə protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Primetime.az-a bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.

 

Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

SİZƏ MARAQLI OLA BİLƏR