Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” markalı minik avtomobili işıq dirəyinə çırpılıb.
Primetime.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.