Burada sizin reklamınız ola bilər

Qanunsuz parklanma edən 78 sürücü cərimələndi
01 Fevral 2022 , 13:32

Qanunsuz parklanma edən 78 sürücü cərimələndi


Sumqayıtda qanunsuz parklanma ilə əlaqədar gün ərzində keçirilən reydlər zamanı 78 sürücü, ictimai nəqliyyatda maskadan istifadə etməyən 62 nəfər barəsində inzibati protokol tərtib edilib.

 

DİN Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, qanunsuz olaraq parklama xidməti təşkil edən şəxslər də müəyyən edilib və  onlar da inzibati məsuliyyətə cəlb olunublar. İctimai nəqliyyatda maskadan istifadə etməyən 62 nəfər sərnişin avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.

 

Peyvənd olunmayan, özü və sərnişini tibbi maskadan istifadə etməyən taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

 

SİZƏ MARAQLI OLA BİLƏR