Burada sizin reklamınız ola bilər

Dünən qatar yoluna düşən qadının vəziyyəti açıqlandı
09 Fevral 2022 , 11:00

Dünən qatar yoluna düşən qadının vəziyyəti açıqlandı


Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatar yoluna düşən şəxs Kliniki Tibbi Mərkəzdədir.

 

Primetime.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib. O bildirib ki, gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilən 34 yaşlı qadının vəziyyəti ağır stabil olaraq qalır.

 

Qeyd edək ki, hadisə ötən gün saat 21:54-də qeydə alınıb. Dərhal stansiyada gərginlik çıxarılıb və qadın stansiya yolundan çıxarılıb. Təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. 

SİZƏ MARAQLI OLA BİLƏR